İdeya Qazandı müsabiqəsində 16-35 yaş arası ideyası, kiçik-orta biznesi, maraqlı layihəsi  və ya kəşfi olan HƏR KƏS iştirak edə bilər.

ideya qazandi

İştirakçı olmaq istəyənlər müraciət ərizəsini göndərir. Ərizə ilkin nəzarəti keçəndən sonra namizədlər müsahibəyə çağrılır. Müsahibə təcrübəli sahibkarlar və mütəxəssislər tərəfindən aparılır. Müsahibə zamanı təqdim olunan ideya və ya biznes qəbul edilərsə, namizəd invetorlar qarşısına çıxmağa vəsigə qazanır.

 

1 TƏQDIMAT

Siz (tək və ya tərəfdaşlar ilə) təqdimat materialları ilə birgə investorların əyləşdiyi çəkiliş meydançasına gəlirsiniz. Təqdimata başlayərkən ilk növbədə ad, ideya və ya biznesin adını, ideyanın qısa təsviri və tələb olunan vəsaitin məbləği qeyd edilməlidir. Bütün təqdimata cəmi 3 dəqiqə vaxt verilir. Təyin olunmuş vaxtı keçərsə, investor Sizi dayandıra bilər. Əgər layihəniz hər hansı investora maraqlı olarsa, sual-cavab mərhələsi başlayır. Əks halda Siz meydanı tərk edirsiniz.

2 SUAL-CAVAB

Sual-cavab hissəsinə qeyri-məhdud vaxt ayrılır. İdeyanızda maraqlı olan investorlar Sizə ideyanın həyata keçməsi ilə bağlı suallar verir. Bu suallar təşkilatı, maliyyə və inzibati sahələri əhatə edə bilər. Siz suallara cavab verməmək hüququna maliksiniz. Həmçinin, Siz investorlara suallar verə bilərsiniz. Sualların cavabı hər hansı investoru qane edərsə və o Sizin layihəyə maliyyə vəsaiti ayırmaq qərarına gələrsə, Sizə lazım olan məbləğ üzərində danışıqlar başlayır.

 

3 İDEYA QAZANDI

Siz hər hansı bir məbləği ideyanıza cəlb etsəniz, qalib hesab edilirsiniz. İnvestorlar bir və ya qrup halında Sizin ideyaya investisiya edə bilər. Vəsait ayıran investor layihənin həyata keçirtdiyi dövr ərzində Sizə mütəmadi konsultasiya edir. Əgər sual-cavab mərhələsindən sonra heç bir təklif səslənmədisə, ideyanız qazanmamış hesab edilir və meydanı əliboş tərk edirsiniz.

 

4 TƏRƏFLƏRİN MÜSTƏQİLLİYİ

Müsabiqədə əldə edilmiş razılıq iki tərəfin – investor və ideya müəllifinin könüllü və qarşılıqlı anlaşma əsasında həyata keçirilir. İdeya Qazandı təşkilatçılarının investor və müəllif razılaşmasına müdaxiləsi yol verilməzdir. Ayrılmlş məbləğlərin hesabatını gənclər birbaşa investorlara və ya investorların təyin etdiyi nümayəndəyə təqdim edir. Müsabiqədən sonrakı görüşlərdə və müzakirələrdə anlaşma yaranmazsa, tərəflərin icbari razılıq imzalamaq kimi öhdəlikləri yoxdur.