cropped-idea-small.png

PRESS RELIZ

04.07.14

Bakı şəhəri

İdeya Qazandı işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirmiş bir layihədir. İdeya Qazandı verilişində 16-35 yaş arası gənclər münsiflərin qarşısında öz ideya və ya fəaliyyət göstərən bizneslərini təqdim etməklə maliyyə dəstəyi ala bilir.

ideya-3

Layihənin məqsədi Azərbaycanda kiçik və orta  sahibkarlığı gənclər arasında həvəsləndirmək, düzgün iş qurmağı öyrətmək, biznes etikasını aşılamaqdır.

ideya-2 ideya-4 ideya-5

Verilişin gənclər üçün maraqlı və baxılmasını təmin etmək məqsədilə hazırlanmasında xüsusi texnika və qrafikadan istifadə edilmişdir. Çəkilişlər ABŞ-dan dəvət olunmuş, Holivud təcrübəsi olan rejissor Deniel Katz tərəfindən aparılmışdır. Layihənin rəhbəri Raşxan Qaraşlı və Könül Əliyevadır. İdeya Qazandı işgüzar veriliş hər çərşənbə axşamı 23 30-da ATV-də yayımlanır.

ideya-6

01 iyul 2014-cü il tarixində İdeya Qazandı verilişinin növbəti bölümü işıq üzü gördü. Bu bölündə növbəti gənc əlində pul ilə investisiya meydanından ayrıldı. Komputer və avadanlıq təmiri ilə məşğul olmaq istəyən Elnur Babayev Gəncədə özünə iş qurmaq istəyir. Xatırladaq ki, bu günə kimi İdeya Qazandı verilişində 5 nəfər öz layihəsi üçün maliyyə vəsaiti ala bilib. Nigar Məhəmmədli Şəkidə kompüter kurslarının açılmasına görə Paşa Bank və Garant Holdinqdən 8000 AZN, Dilarə Rüstəmzadə innovativ Tunning Fork layihəsinə görə Buta Sığorta və Veritas Management Systems-dən 8000 AZN, Nurbəniz Mərdiyeva əl işlərinin hazırlanması və satışı üçün Garant Holdinqdən 1000 AZN, İlahə Abbaslı İçəri Şəhərdə Vintaj kitab mağazası üçün Paşa Bankdan 4500 AZN investisiya alıb.

ideya-1

Verilişin ikinci sezonuna ərizələrin qəbulu başlayıb. Müraciət etmək istəyən gənclər daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün ideyaqazandi.az saytından istifadə edə bilər. Nəzərinizə çatdıraq ki, İdeya Qazandı televiziya layihəsi AR Gənclər və idman Nazirliyi, AR Prezidenti yanında Gənclər Fondu və Youth İNC proqramı tərəfindən dəstəklənir.