IV mövsüm investorlar

5

RƏŞAD HACILI

Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almış Rəşad Hacılı 12 illik iş təcrübəsini Yaponiyanın ən nüfüzlu şirkətlərin birində — Mitsubishi Cooperation şirkətində almışdır. Bu müddət ərzində yaxın şərq ölkələrində çox sayda layihələrdə iştirak etmişdir. 2010-cu ildən Rəşad Hacılı özündə 21 salon və butiki, iki telekommunikasiya şirkəti; və inşaat şirkətini birləşdirən «İtaldizain Group» holdinqdə Creativ System bölməsinin icraçı direktoru vəzifəsini tutur.

 

rashkhan

RAŞXAN QARAŞLI

Raşxan Qaraşlı Horeca şirkətinin həm-təsisçisi və rəhbəridir. Azərbaycanda HoReCa sektorunun qurucularından sayılan Raşxan Qaraşlı həmçinin loqistika sahəsində böyük layihələrə imza atmışdır. O, dimamik tərzinə, uzaqgörən baxışlarına və hər şey mümkündür yanaşmasına görə biznes mühitində tanınmışdır. Raşxan Qaraşlı həmçinin gənclər sektorunda inkişaf və maariflənməyə yönəlmiş aktiv fəaliyyətlərin təşkilatçısıdır. İnsan resursları idarəedilməsində yetişən Raşxan Qaraşlı ilk növbədə insanlara investisiya edir və hər bir uğurlu biznesin arxasında güclü komanda işinin olmasına inanır.

7

SƏRXAN HƏŞİMOV

Sərxan Həşimov “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir. İKT sahəsində 12 il öncə əmək fəaliyyətinə başlayan Sərxan Həşimov İT sahəsində ən nəhəng beynəlxalq şirkətlərdə çalışaraq uğurlu karyera qurmağı bacarmışdır. Sərxan Həşimov Azərbaycanda İT biznesinin inkişafına, bulud texnologiyalarının geniş istifadəsinə o cümlədən effektiv komandanın idarəedilməsində uğur qazanmışdır. Sərxan Həşimov iri miqyaslı layihələrin idarə edilməsi, məsləhətlərin təqdim olunması və biznesin inkişafı sahələrində geniş təcrübəyə, eyni zamanda bulud texnologiyaları, mobil tətbiqlər və şirkətin resurslarının idarə edilməsi (ERP) sahələrində geniş biliyə malikdir. Sərxan Həşimov həmçinin peşəkar şahmatla məşğul olub beynəlxalq turnirlərdə iştirak etmiş və çoxsaylı mükafatlar qazanmışdır.

 

4

EMİN AXUNDOV

“Microsoft Azərbaycan” şirkətinin “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Emin Axundov müasir təhsil sistemində geniş istifadə edilən bulud texnologiyalarının ölkəmizin təhsil sistemində istifadəsini təbliğ edir. O həmçinin Microsoft”un təhsilə uyğunlaşdırmış ən yaxşı praktiki həllərini tələbə və şagirdlər arasında istifadəsinə imkan yaradaraq, bulud texnologiyaları əsasında yaradılan proqramların hər bir tələbəyə online rejimdə, internet vasitəsilə əlavə təlimlər keçməyə və imtahan verərək sənayə sertifikatlarını almağa imkan yaradan proqramların istifadəsini genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

6

KAMRAN ƏSƏDOV

Microsoft şirkətində Xidmətlər üzrə icraçı menecer vəzifəsini icra edən Kamran Əsədov çoxşaxəli iş karyerası dövründə bir çox fərqli layihələrə imza atmışdır. Səyahət və motosikl həvəskarı olan Kamran uzun məsafələr qət etməklə Bakıdan Romaya motosikl ilə səyahət etmişdir. O, layihəsinə inanan iradəli gənclərin axtarışındadır.

 

3

AYTƏN QULİYEVA

Özəl tibb sahəsində ilk işgüzar qadın Aytən Quliyeva Bakı Klinikasının rəhbəridir. O, AR prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə Tərəqqi medalı ilə təltif edilmişdir. İşində qüsurlara yol verməyən Aytən xanım çalışqan və işini sevən gənclərin layihələrinə inanır.

 

2

SƏRDAR ŞAHİN

İş fəaliyyətini Azərbaycanda quran Sərdar Şahinin zəngin təcrübəsində inşaat və otel-restoran idarəçiliyi əsas yer alır. Dream Groups şirkətinin rəhbəri və inşaat layihələrinin icraçısı kimi hazırda fəaliyyət göstərən Sərdar Şahin azərbaycanlı gənclərin potensialına inanır və işinə ehtirasla yanaşan gəncin uğurlu olacağına əmindir.

II və III mövsüm investorlar

 

heyderHEYDƏR SÜLEYMANOV

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verən və artıq ikinci mövsümdə İdeya Qazandıda investor kürsüsündə əyləşən Paşa Bankın nümayəndəsi Heydər Süleymanovdur.
Heydər Süleymanov Paşa Bankın ən iri şöbələrin birinə rəhbərlik edir, o, minlərlə kiçik biznesin təşkil olunmasına dəstək verib və bu sahədə böyük təcrübəyə malikdir.

 

 

 

 

 

 

resadRƏŞAD QƏMBƏROV

İşgüzar həyatını restoran biznesində başlayan Rəşad Qəmbərov yerli və beynəlxalq tərcübəyə yiyələnmişdir. İnşaat sektorunda fəaliyyətini davam edən investor Rəşad Qəmbərovun geniş biznes təcrübəsi müxtəlif bizneslərin qiymətləndirilməsinə zəmin yaradır.

 

 

 

 

 

 

 

gulnareGÜLNARƏ HƏSƏNOVA

Gülnarə Həsənova uzun illər istehsalat sahəsində idarəçilik pilləsində püxtələşib və beynəlxalq miqyasda fəaliyyət göstərən şəxsi biznesini qurub. O ilk yerli şəbəkə marketinqi üzərindən fəaliyyət göstərən Essa şirkətini quraraq qadınlara fərdi qazanc əldə etməyə kömək etmişdir. Təhsilini İngiltərədə alan Gülnarə Həsənova həmçinin Sidus Qrup şirkətinin təsisçisidir.

 

 

 

 

 

 

serdarSƏRDAR ŞAHİN

Sərdar Şahin uzun illər əvvəl Türkiyədən Azərbaycana gəlmiş iş adamıdır. Fərqli sahələrdə biznesləri olan Sərdar Şahin hazırda restoran biznesi ilə fəaliyyətini davam edir. Bir neçə restoran və ictimai iaşə obyektini idarə edən biznesmen beynəlxalq biznes üzrə ali təhsilə yiyələnmişdir.

 

 

 

 

 

 

 

I mövsüm investorlar

 

2SƏRXAN ƏLİYEV
Gənclər arasında kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərən Paşa Bank 2007- ci ildən fəaliyyət göstərən ölkənin aparıcı investisiya və korporativ banklarından biridir. Sərxan Əliyev, PAŞA Bankda İnvestisiya və Korporativ Bankçılıq departamentində kredit analitiklərinin qrup rəhbəri olaraq çalışır. Kredit analitiki kimi əsas vəzifəsi maliyyə və biznes risklərinin təhlil edilməsi və Bankın müştərilərinə onların ehtiyacına uyğun olan məhsulların təklif edilməsidir. Sərxan, Mərkəzi Avropa Universitetində magist dərəcəsinə yiyələnmiş, ilk ali təhsilini isə Türkiyənin Gazi Universitetində əldə etmişdir.

 

rafaelRƏFAEL ƏZİZOV
Sığorta sektorunda geniş təcrübəyə yiyələnmiş Rafael Əzizov eyni zamanda bir necə uğurlu onlayn layihələrinin qurucusudur. Onun İT sektorunda nailiyyətləri İT layihələrini qiymətləndirməyə imkan yaradır. O hazırda Buta Sığorta şirkətində idarə heyətinin üzvüdür. Hüquq üzrə fəlsəfə elmləri doktoru dərəcəsinə yiyələnmişdir.

 

 

 

 

 

tatyanaTATYANA MIKAYILOVA

Azərbaycanın PR sahəsində nömrə bir işgüzar xanımı Tatyana Mikayılova Red Communications PR agentliyinin təsisçisi və rəhbəridir. Bu sahədə 16 illik təcrübəsi olan Tatyana gənc istedadlar axtarışındadır. O həmçinin Azərbaycanın 100 İşgüzar Qadını Birliyinin sədridir və xanımların biznesdə dərin potensialına inanaraq onlara dəstək göstərir.

 

 

 

 

zaurZAUR MƏMMƏDOV

Zaur Məmmədov 2000-2004-cü illər arasında Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. Bu illər ərzində ABŞ-da “Maryville College”-də təhsilini davam etdirib. Harvard Biznes Məktəbində Magistr dərəcəsinə yiyələnən Zaur Məmmədov dünyanın qabaqcıl şirkətlərində korporativ marketinq və satınalmalar, təchizat əməliyyatları üzrə rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərmişdir. Zaur Məmmədov həmçinin irimiqyaslı layihələrin icrası zamanı baş konsultant kimi fəaliyyət göstərir.

 

 

rovshanRÖVŞƏN PARİYAB
1981-ci il təvəllüdlü Rövşən Pariyab əmək fəaliyyətinə çox erkən yaşda – 21 yaşında başlayıb. 2004-2013-cü illər ərzində müxtəlif sahələrdə özünü sınayan Rövşən bu sahələrdə öz bacarığı və istedadını artıraraq uğur qazanırdı. Rövşən öz potensialını tam istifadə edərək 2007-ci ildə öz şəxsi biznesini qurdu. İdarəçilik bacarığı və müxtəlifyönlü fəaliyyəti Rövşən Pariyabı uğurlu biznesmen olaraq formalaşdırdı. Hazırda Rövşən Arif oğlu Pariyab Qarant Holdinqin “Royal Estate” şirkətində kommersiya direktoru səlahiyyətlərini icra etməklə yanaşı şirkətin idarə heyətinin üzvüdür