30 sentyabr İdeya Qazandı 4-cü mövsümü ilə ATV telekanalında yenidən efirə getdi. Yeni mövsümdə 5 nəfər investorlardan yalnız 3 və 4-cü mövsümlərdə iştirak etmiş Sərdar Şahini tamaşaçılar tanıyır. Yeni mövsümdə yeni investorlarla yanaşı yenilənmiş dekor, qrafika və musiqi effektləri də tamaşaçıların gözünü cəlb edəcək.

Hər həftə şənbə günü saat 11:15-də yayımlanan verilişdə gənclər öz biznes ideyalarıni reallaşdırmaq uğrunda mübarizə aparır. İnvestorlar gənclərin ideyalarını dinləyir və bəyəndikləri iştirakçıya qarşılıqsız maliyyə dəstəyi ayırır.