İdeya Qazandı işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirmiş bir layihədir. «İdeya Qazandı»  verilişində 16-35 yaş arası gənclər münsiflərin qarşısında öz ideya və ya fəaliyyət göstərən bizneslərini təqdim etməklə qarşılıqsız maliyyə dəstəyi ala bilir. Münsiflər heyəti Azərbaycan biznes məkanında uğur qazanmış iş adamları və ya şirkət nümayəndələrindən formalaşdırılır.

ideya qazandi

Layihənin məqsədi Azərbaycanda kiçik və orta  sahibkarlığı gənclər arasında həvəsləndirmək, düzgün iş qurmağı öyrətmək, biznes etikasını aşılamaqdır.

Azad Azərbaycan tele-kanalında yayımlanan İdeya Qazandı verilişinin hazırda 4-cü mövsümü efirdədir. Mövsümlər ərzində 100.000-dən çox maliyyə vəsaiti gənclərin ilkin mərhələdəki bizneslərinə ayrılmışdır. Bundan əlavə yüzlərlə gəncə biznesə dair təlim keçirilmiş investorlar tərəfindən istiqamətverici məsləhətlər verilmişdir.

İdeya Qazandı televiziya layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.